Prezident İlham Əliyev: Xüsusi Təyinatlı Qüvvələrin yaradılması tarixi Zəfərimizdə də özünü sübut etdi

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə
Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu
Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir.
Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ
müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.

1999-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də
ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı
əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə
yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük
və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq
göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol
oynamışlar”.

Teqlər: