Prezident İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü
münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı
əməkdaşlıq münasibətləri birləşdirir. Xoş ənənələrə əsaslanan
əlaqələrimizin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın
möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli
işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan
sonra da ardıcıl surətdə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, dost Xorvatiya xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.

Teqlər: