Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.

Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xüsusi reyslə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Teqlər: