Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistanın baş naziri ilə yeni görüş məhsuldar olacaq

Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim
dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə
gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilib ki, Prezident
Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə
yeni görüşü olacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Polşanın
xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun
başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

“Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə
görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru
irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini
imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu
razılaşmanın əsas prinsiplərini təqdim edib”, – deyə dövlətimiz
başçısı vurğulayıb.

Teqlər: