Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo – cəmi
üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir.
Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo
mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir.
Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim
ixracımız idxalı üstələyir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr
olunmuş müşavirədə deyib.
Xəbər yenilənəcək