Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın
10-da Türkiyəyə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin
başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər
naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşıladılar.

Teqlər: