Prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəyimə söz verirəm – Taleh Kazımov

Mənə göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürümü
bildirirəm, eyni zamanda bu qərarı təsdiqlədiyinə görə deputatlara
təşəkkür edirəm.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinə
yeni üzv təyin olunan Taleh Kazımov Milli Məclisin bu gün keçirilən
iclasında deyib.

O səlahiyyətlərini və məsuliyyətini dərk etdiyini diqqətə
çatdırıb. “Səlahiyyətlərimi və məsuliyyətimi dərk edərək, Prezident
İlham Əliyev tərəfindən qoyulan tapşırıqları və vəzifə
öhdəliklərimi vaxtında yerinə yetirəcəyimə söz verirəm”, – deyə o
bildirib.

Teqlər: