Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin təkzibolunmaz faktlara,
təsdiqlənmiş statistik göstəricilərə, tutarlı arqumentlərə söykənən
cavabları “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq
İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın
vətəndaşı olduğu ölkənin deyil, Ermənistanın maraqlarının
təmsilçisi kimi davrandığını, hamıya bəlli olan həqiqətləri etnik
kimliyinin süzgəcindən keçirərək tamaşaçılara və oxuculara təqdim
etdiyini sübuta yetirdi və Simonyanın bir neçə böyük media
resursunun rəhbəri və “jurnalist” kimi fəaliyyətinin peşə
prinsiplərindən nə qədər uzaq olduğunu göz önündə sərgilədi.
Bunu AzerTimes-a
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, cənab Prezidentin Marqarita Somonyanın
əsassız, erməni təbliğatçılarının uydurduqları yalanlara söykənən
iddialarının qarşılığında “siz indiki halda erməni kimi sual
verdiniz” deməsi, təkcə sözügedən şəxsin deyil, bütövlükdə
Rusiyanın müxtəlif media resurslarında çalışan erməni əsilli
jurnalistlərin, ekspert və aparıcıların fəaliyyətinin əsl
mahiyyətini tam çılpaqlığı ilə ortaya qoydu.
“Sirr deyil ki, Rusiyanın media məkanında uzun illərdən bəri kök
salan erməni əsilli şəxslər özlərini yaşadıqları ölkənin
maraqlarının müdafiəçisi kimi təqdim etsələr də, əksər hallarda
Ermənistanın və dünya ermənilərinin əsassız iddialarının, yalan və
böhtanlarının təbliği ilə məşğul olur, qərəzli yanaşmaları ilə
Rusiyanın nüfuzuna zərbə vururlar.
Təəssüf ki, əksər hallarda erməni təbliğatı ilə məşğul olan bu
şəxslərin əməllərinin qarşısı alınmır, onlara “Rusiyanın
maraqlarının müdafiəsi” adı altında öz zərərli təbliğatlarını
aparmalarına şərait yaradılır. Marqarita Simonyan və onunla eyni
şəbəkədə təmsil olunan erməni əsilli və ermənipərəst media
təmsilçilərinin, ekspert və siyasətçilərinin uzun illərdən bəri
apardıqları təbliğatın əsas məqsədi Rusiyanın, bu ölkəyə və rus
xalqına qarşı heç bir qərəzi olmayan, əksinə, yaxın qonşuluq və
dostluq münasibətlərini inkişaf etdirmək istəyən xalqların,
dövlətlərin gözündən salmaq, etimadına zərbə vurmaq və bundan
Ermənistanın, dünya ermənilərinin maraqları üçün faydalanmaqdan
ibarətdir.
Bu yanşama erməniliyin yaltaq, hiyləgər, bəsit və arxaik “hamı
düşməndir, yalnız mən dostam” kimi qeybətçi təfəkküründən
qaynaqlanır”, – deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, Rusiya mediasına sızmış ultra erməni milətçiləri
öz aqressiv düşüncələrini rus xalqının və dövlətinin mövqeyi kimi
ifadə edir, başqa xalqlara, o cümlədən Azərbaycana qarşı
nifrətlərini Rusiyanın maraqları müstəvisindən ictimai rəyə
sırımağa çalışırlar.
“Bu baxımdan, Prezident İlham Əliyevin Marqarita Simonyanın
suallarına cavablarını, həmçinin birinci xanım Mehriban Əliyevanın
fikirlərini Rusiyanın media məkanında “meydan sulayan” erməni
millətçilərinin təbliğatına vurulan zərbə kimi qiymətləndirirəm.
Eyni zamanda, düşünürəm ki, Azərbaycan Prezidentinin nümayiş
etdirdiyi mövqe həm Rusiyada yaşayan azərbaycanlılıar, həm də
Azərbaycan jurnalistləri, siyasətçiləri və ekspertləri üçün örnək
olmalıdır. Bu, mənə görə Rusiyanın media məkanında saxta, yalançı
erməni təbliğatına qarşı açıq, prinsipial, faktlara söykənən bir
üslubda mübarizə aparmağın vacibliyini və bu təbliğata qalib
gəlməyin mümkünlüyünü ifadə edən bir mesaj kimi də qəbul oluna
bilər”, – deyə E.Mirzəbəyli əlavə edib.