Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da
Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla
görüşüb.
AzerTimes xəbər verir
ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlət
başçısını qarşılayıb.
Görüşün sonunda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin
inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham
Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə
dəvət edib.