Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

10 mart tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin
Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən
iclasın gündəliyində 2021-ci ildə Holdinqin görülən işlər barədə
fəaliyyət hesabatı, üç portfel şirkətin “Azər-Türk Bank” ASC,
“Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və
“Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri,
portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və
digər cari məsələlər müzakirə edilib.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, Holdinqin İdarə
Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan
Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın
nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının
sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş
müzakirələr aparılıb.

Teqlər: