Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək
qiymətləndirilir.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali
Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun
başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham
Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə
yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan
tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif
etdiyini bir daha xatırladıb.