Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənə
ünvanladığınız məktuba görə təşəkkür edirəm. Mən də Sizi və dost
xalqınızı bu əlamətdar hadisə ilə şəxsən öz adımdan və Azərbaycan
xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və
əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi
məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox
əhəmiyyətlidir.

Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr
ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf
etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı
etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək
istərdim.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə
səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın
mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına
əmin-amanlıq və firavanlıq arzulayıram.

Teqlər: