Prezident İlham Əliyev Macarıstanın Baş nazirinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana
təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz
koalisiyanın yenidən qələbə qazanması münasibətilə Sizə ən səmimi
təbriklərimi yetirirəm.

Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına
xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və
əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli
əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji
tərəfdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının
rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Teqlər: