Prezident İlham Əliyev hərbi xidmətə çağırılma və ehtiyata buraxılma haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Sərəncam imzalayıb.

Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və
Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə
komplektləşdirmək məqsədilə qərara alınır:

1. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də
daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə
doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi
hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli
həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan
Respublikası vətəndaşları 2022-ci il aprelin 1-dən 30-dək müddətli
həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət
müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
2022-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
görsün.

Teqlər: