ABŞ-da zəncirvari qəza: 100-dən çox avtomobil toqquşub

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın İllinoys ştatında 100-dən çox avtomobilin iştirakı ilə
zəncirvari qəza baş verib.

Trend-in
məlumatına görə, bu barədə ştat polisi bildirib.

Qeyd olunur ki, qəzaya güclü qar yağması ilə əlaqədar görüş
məsafəsinin azalması səbəb olub. Hadisə nəticəsində xəsarət
alanların olub-olmaması barədə məlumat verilməyib.

Bölgədə kəskin hava şəraiti ilə əlaqədar magistral yollarda
nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.