Prezident İlham Əliyev: Ermanistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək

Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul
edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan
vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına
sahibdirlər.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən
“İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında
deyib.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli
azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, – deyən
dövlətimizin başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və
əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda erməni xalqının
nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə
qarşılaşmayıblar. Buna görə də azərbaycanafobiya təbliğatına
Ermənistanda son qoyulmalıdır. Ermanistanın bizimlə bağlı yaratdığı
miflər heç vaxt sülhə töhfə verməyəcək.

Teqlər: