Prezident İlham Əliyev: Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də saxtalaşdırmaqla məşğul olurlar

Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda
saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları,
Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransda Cenevrə Universitetinin təmsilçisi
Ventzeslav Sabevin sualına cavabında söyləyib.

Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən
dövlətimizin başçısı deyib: “Qeyd etməliyəm ki, belə bir saxta
tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir
parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin
adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdirlər.
Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başlamışdılar. “Şuşi”
adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə
deməkdir”.

Teqlər: