Prezident İlham Əliyev: Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək

Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq,
şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar
da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur
və təsəlli bu ola bilər.

AzerTimes-ın məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin
açılışında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın
itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir
və davam edəcək.

“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad
edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə,
məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında
şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün
həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, – deyən Prezident
İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin
həlli üçün əlindən gələni edir və edəcək.

Teqlər: