Xətai rayonunda narkotik alverçilərindən ibarət dəstə saxlanılıb

Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən
şəxslərə qarşı əməliyyatlar davam etdirilir, narkotiklərin qanunsuz
dövriyysi ilə məşğul olan 15 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, rayon
Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə
Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar
zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub.
Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin
tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar
üçün narkokuryerlik edənlər olub. Aşkar edilən bütün faktlarla
əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop
maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə
yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə
yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil
ediblər.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: