Prezident İlham Əliyev: Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir

Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit
imkanlarını təqdim edir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı
Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə
ediləcəkdir. Neft təchizatı həcminin artırılması müzakirə olunacaq.
Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit
imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə
istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam
istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi
qismində potensialı təchizatçılar tərəfindən düzgün
qiymətləndirilməmişdir.

Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər.
Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin
başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata
keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində
çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac
marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri
və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə
gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və
Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq”.

Teqlər: