Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidində dua ediblər (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər.

Trend xəbər verir ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidində dua ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında bunu əks etdirən görüntülər paylaşıb.

Paylaşımda deyilir:

“Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!”

Teqlər: