Prezident İlham Əliyev: Bəzi natəmiz sahibkarlar heç bir əsas olmadan qiymətləri artırırlar

Bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və
heç bir əsas olmadan qiymətləri artırırlar.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin
12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş
inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər
məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də
təsir edir.

Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin
gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin
gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış
olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq.

Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi
zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının
qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi
vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə
çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna
xüsusi diqqət göstərilməlidir”

Teqlər: