Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan arasında mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq

Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik,
mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 31-də
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri
Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
deyib.

Dövlət başçısı bildirib:

“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim
dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə
gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki,
Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş
nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş
məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz
Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün
olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan
bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini
təqdim edib”.

Teqlər: