Prezident İlham Əliyev: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa
Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə
polşalı həmkarı Andjey Dudanı təbrik edib.

AzerTimes-ın məlumatına görə,
təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq
münasibətlərinin bugünkü səviyyəsininb məmnunluq doğurduğu
vurğulanır.

Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi,
iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı
səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız
münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.

Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz
arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı
çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da
birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.

Teqlər: