Prezident İlham Əliyev: Azərbaycan ilə Aİ arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə
xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək
niyyətini təqdir edirik.

Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik,
nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur. Azərbaycan və
Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq
strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda
keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı
enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar
açmışdır.

AzerTimes-ın məlumatına görə, bu
fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə ünvanladığı təbrik
məktubunda yer alır.

Məktubda Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin
uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız
müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə
xatırlayıram. Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və
sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya
bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək
qiymətləndirirəm. İşğaldan azad edilmiş ərazilərimizin minalardan
təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının
dəstək vermək niyyətini təqdir edirik. Azərbaycan və Avropa
İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər
sahələrdə fəal dialoq mövcuddur”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa
İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji
xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində
gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır.

“Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni
saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm
sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni
mərhələyə qədəm qoyacaqdır. İnanıram ki, Azərbaycan və Avropa
İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və
əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da
birgə səylər göstərəcəyik”, – deyə məktubda qeyd olunur.

Teqlər: