Prezident İlham Əliyev: Azərbaycan Çinin “Bir kəmər – bir yol” təşəbbüsünü çox vacib hesab edir

Azərbaycan Çinin “Bir kəmər – bir yol” təşəbbüsünü çox vacib hesab edir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı bildirib: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini başa çatdırıb və bizim artıq “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində vacib əlaqəmiz var”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vacib layihə üçün öz infrastrukturunu, dəniz limanını, dəmir yollarını təklif edir: “Biz bu layihəyə maliyyə və siyasi baxımdan investisiya qoymuşuq”.

Teqlər: