Prezident İlham Əliyev: Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir

Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha
intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə
dövrünün reallıqlarını qəbul etmişdir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr
olunmuş müşavirədə deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin
təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər
keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir. Əlbəttə ki,
həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun
kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki
Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da
təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub”, – deyə
dövlətimizin başçısı vurğulayıb.

Teqlər: