Prezident İlham Əliyev: Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya minnətdarıq

Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın
planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə,
Prezidentinə minnətdarıq.


Trend
xəbər verir ki, bunu Prezident İlham Əliyev Litva
Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə
görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: “Əlbəttə ki, bu yaxşı fürsətdən
istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz
regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki,
Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə,
əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür
formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla
sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq
və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab
Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə
olunmalı çox məsələlər var”.

Teqlər: