Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin
Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri
üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.

Trend xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət
Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu
Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı
səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi
daxildir.

Xəbər yenilənəcək

Teqlər: