Prezident İlham Əliyev: 3+3 əməkdaşlıq formatının yaxın gələcəkdə ikinci görüşü də keçirilməlidir

3+3 əməkdaşlıq formatının yaxın gələcəkdə ikinci görüşü də
keçirilməlidir

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Beləliklə, bir daha demək istəyirəm, müharibədən dərhal sonra
apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz,
ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda,
Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bax, bu
reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz
beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə
idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul
etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni
zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir.
Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox
idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi.
İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı
məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın
gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım
deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım
deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun
əhəmiyyəti də itəcəkdir”.

Teqlər: