Prezident hərbi təyyarə ilə ölkədən qaçdı

Prezident hərbi təyyarə ilə ölkədən qaçdı

Şri-Lanka Prezidenti Qotabaya Racapaska iqtisadi krizisdən dolayı başlayan kütləvi etirazlar səbəbindən ölkədən hərbi təyyarə ilə qaçıb.

AzerTimes xəbər verir ki, BBC Racapaksanın Maldivə xanımı və iki mühafizəçisi ilə uçduğunu təsdiqləyib. Onlar paytaxt Maleyə 03:00-da gəliblər.

Racapaksa ailəsi Şri-Lankanı onillərdir idarə edir, Prezidentin qaçışı ilə bu idarəetməyə son qoyulub.

Onun qardaşı, keçmiş maliyyə naziri Bezil Racapaksa da ölkəni tərk edib və ABŞ-a gedib.

Qeyd edək ki, bundan öncə Racapaksanın 13 iyulda istefa verəcəyi bildirilmişdi. Onun hələ də istefa ərizəsini parlament sədrinə təhvil vermədiyi məlum olub.

Teqlər: