Prezident girovlara görə pul verməkdən imtina etdi

Prezident girovlara görə pul verməkdən imtina etdi

Nigeriyada federal hakimiyyət orqanları uşaqlar da daxil olmaqla, quldurlar və yaraqlılar tərəfindən qaçırılan insanlar üçün fidyə ödəməyəcək.

AzerTimes xəbər verir ki, bunu Nigeriya Prezidenti Bola Tinubu Federal İcra Şurasının iclasında deyib.

Nigeriyanın informasiya naziri Məhəmməd İdris də bildirib ki, güc strukturları bütün sutkanı işləyir. Uşaqlar və digər girovlar yaxın vaxtlarda qaytarılacaq.

Qeyd edək ki, martın 7-də Kaduna ştatındakı məktəblərin birinə hücum edərək 287 şagird və müəllimi girov götürən quldur dəstələri onların azad edilməsi üçün 1 milyard nayr (620 min dollar) pul istəyib.

Teqlər: