Prezident dağda yıxıldı və beyni silkələndi

Prezident dağda yıxıldı və beyni silkələndi

Avstriyanın federal prezidenti Aleksandr van der Bellen dağda baş verən insident nəticəsində sıyrıqlar və yüngül beyin silkələnməsi keçirib.

AzerTimes xəbər verir ki, bu barədə prezidentin Tvitter səhifəsində məlumat verilib.

“O, Kaunerqratda gəzinti zamanı sürüşüb və “Kobra” xüsusi təyinatlıları tərəfindən ən yaxın xəstəxanaya aparılıb. Prezident sıyrıqlar, yüngül beyin silkələnməsi keçirib və həkimlərin məsləhəti ilə gecəni xəstəxanada keçirəcək”, – deyə bildirilib.

Teqlər: