Prezident 100 statistik məlumatı vərəqə baxmadan necə dedi?

Prezident 100 statistik məlumatı vərəqə baxmadan necə dedi?

Prezidentin düz iki saat yarımdan artıq davam edən ötəngünkü müsahibəsini 2022-ci ilin siyasi və iqtisadi anlamda yekunları və 2023-cü ilin proqnozları da adlandırmaq olar.

AzerTimes xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

O, müsahibə zamanı Prezident İlham Əliyevin səsləndirdiyi statistik məlumatların diqqətini cəlb etdiyini bildirib:

“Əvvələ ona görə ki, adətən bəzi məlumatlar aidiyyəti qurumlar tərəfindən vaxtında açıqlanmır. Ona görə də burada səsləndirilən bəzi məlumatlar bizim üçün çox əhəmiyyətli idi. İkinci diqqəti cəlb edən məqam isə Prezidentin 100-dən artıq iqtisadi statistikanı hansısa kağıza baxmadan yadında saxlaması və dəqiq ifadə etməsi idi. Düşünürəm ki, bütün iqtisadi proseslərin mərkəzində dayanmadan bunu əzbərləmək mümkün deyildi”.

İqtisadçı, həmçinin, Prezidentin bir çox iqtisadi anonslar da verdiyini qeyd edib:

“Məsələn, İonika-Adriatik dənizi layihəsi və Albaniyada qaz şəbəkəsinin yaradılması haqqında verilən məlumat Azərbaycanın Avropada mövqeyini möhkəmləndirəcək, Balkanlarda Azərbaycanı gücləndirəcək layihələrin anonsu idi.

Rusiyanın silah bazarından çıxması və Azərbaycanın bu bazarda mövqeyinin genişlənməsinə dair açıqlama isə əslində ölkənin silah sənayesinin perspektiv hədəflərindən xəbər verirdi.

Transxəzər layihəsinə Prezidentin münasibəti birmənalı oldu. Azərbaycana müraciət edilmədən təşəbbüs etməyəcəyini bildirdi”.

Teqlər: