Premyer Liqada yeni mövsümün başlayacağı tarix…

Premyer Liqada yeni mövsümün başlayacağı tarix…

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yeni mövsüm avqustun 4-də başlanacaq.

Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.

Teqlər: