“Prado” elektrik dirəyinə, sonra evə çırpıldı: 5 nəfər… – Foto

“Prado” elektrik dirəyinə, sonra evə çırpıldı: 5 nəfər… – Foto

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zizik kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.

Hadisə zamanı Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov muxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: