Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya
çempionatında Portuqaliyanı təmsil edən gimnastlar Rita Ferreyra və
Ana Teyşeyra 28.000 xal toplayaraq birinci yeri tutublar.
AzerTimes-ın
məlumatına görə, ikinci yeri Qazaxıstanı təmsil edən qadın duet –
Aleksandra Rudakova və Damira Talqat (27,430 xal), üçüncü yeri isə
Macarıstandan olan Dorina Bernat və Noemi Stettner (26,800 xal)
tutublar.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.
Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.