İran “SEPAH”-ı İraqın Ərbil vilayətinə raket hücumunu təsdiqləyib

Xəbər - Elnur Bağışov – Trend:

Ötən gecə (12 mart) İraqın Ərbil vilayətində İsrailə məxsus
strateji mərkəz İslam İnqilabının Keşikçilər Korpusu (SEPAH)
tərəfindən güclü raketlərlə vurulub.

AzerTimes-ın
məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun
yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanata əsasən, bu hücum, İsrailin İran qüvvələrinə son
hücumuna cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, ötən gecə İraqın Ərbil vilayətinə 6 ədəd raket
atılıb. Raketlərin xəsarətlər vurulduğu qeyd olunsa da, əlavə
məlumat verilmir.