Portuqaliyada şəhərin küçələrini şərab “sel”i basdı – Video

Portuqaliyada şəhərin küçələrini şərab “sel”i basdı – Video

Ötən gün səhər saatlarında Portuqaliyanın Anadiya şəhərində “Destilaria Levira” şərab zavodunda iki çən partlayıb.

AzerTimes xəbər verir ki, çənlərin partlaması nəticəsində şəhərin bir neçə küçəsini şərab suyu basıb.

Şəhər hakimiyyəti litrlərlə şərabın Sertima çayına axacağından və sonra vəziyyətin ekoloji fəlakət kimi qiymətləndirilə biləcəyindən qorxur.

Bununla belə, hökumət qeyd edib ki, indiyə qədər təbii fəlakətin qarşısı alınıb. Artıq şəhərin küçələrindən tökülən spirtli içkilər yığışdırılıb, zavod işçiləri şəhərin zədələnmiş obyektlərini təmizləyiblər.

Hələlik şəhərə və zavoda dəymiş iqtisadi ziyan hesablanmasa da, şirkətin qəzaya görə ciddi xərc çəkməsi rəsmiləri narahat edir.

Teqlər: