Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Portuqaliyada bazar günü ölkə parlamentinə, keçən ilin sonunda buraxılan Respublika Assambleyasına növbədənkənar seçkilər keçiriləcək.

Trend xəbər verir ki, yerli Katolik universitetin apardığı sorğuya görə, Əhalinin 49%-i solçu partiyaları dəstəkləməyə hazırdır. Eyni zamanda, sorğunun nəticələrinə görə, sağçı siyasi partiyaları əhalinin 47%-i dəstəkləyir.


Sorğunun nəticələrinə görə, lider hazırkı baş nazir Antonio Kostanın rəhbərlik etdiyi Sosialist Partiyasıdır – sorğuda iştirak edənlərin 36%-i ona səs verməyə hazırdır. Portuqaliyalıların 33%-i Sosial Demokrat Partiyasını (PSD) dəstəkləməyi planlaşdırır.