Portuqaliya prezidenti Marselo Rebelo di Souza bildirib ki, o, Respublika Assambleyasını (birpalatalı parlament) buraxmaq və ölkədə növbədənkənar seçkiləri gələn il yanvarın 30-na təyin etmək qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə dövlət başçısının çıxışını Rádio e Televisao de Portugal dövlət radio və televiziya şirkəti yayımlayıb.
Ölkə prezidenti qeyd edib: “Mən Respublika Assambleyasını buraxmaq və yanvarın 30-na seçki təyin etmək qərarına gəldim”.
Dövlət başçısının bu qərarı oktyabrın 27-də ölkə parlamenti Portuqaliyanın gələn il üçün hökumətin təqdim etdiyi büdcə layihəsini dəstəkləmədiyindən sonra verilib.