Meksikada bazarda baş verən şiddətli yanğın səbəbindən 600-ə yaxın insan təxliyə edilib

Yanğınsöndürənlər Meksikanın paytaxtı Mexiko şəhərinin cənub-şərqində Sonora bazarında baş vermiş yanğını operativ şəkildə söndürdülər.

AzerTimes-ın məlumatına görə, bu barədə fövqəladə hallar üzrə şəhər idarəsi bildirib.

Bildirilib ki, hadisə yerində olan heyvanlar da daxil olmaqla, heç kim xəsarət almayıb, ölən olmayıb. Xilasedicilər bazar ərazisindən 600-ə yaxın müştəri və satıcını təxliyə ediblər. Şiddətli əsəb şoku keçirən beş nəfər tibbi yardım üçün müraciət edib.

İlkin məlumata görə, yanğın çoxsaylı iaşə obyektlərinin yerləşdiyi ərazidə baş verib.