“Portu” qalib gəldi, “Atletiko” avrokuboklarla vidalaşdı

“Portu” qalib gəldi, “Atletiko” avrokuboklarla vidalaşdı

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI tura start verilib.

AzerTimes xəbər verir ki, B qrupunda mübarizə başa çatıb.

“Portu” “Atletiko”ya 2:1 hesabı ilə qalib gələrək 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi isə sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb.

Almaniyada “Bayer”lə qolsuz heç-heçə edən Belçika “Brügge”si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Teqlər: