Poqba PSJ ilə müqavilə imzalayacaq

Futbol üzrə Fransa yığmasının və “Mançester Yunayted” klubunun
yarımmüdafiəçisi Pol Poqba “Pari Sen-Jermen” klubuna keçməyə
yaxındır.

Trend bu barədə “Todofichajes”ə istinadən xəbər verir.

29 yaşlı yarımmüdafiəçi PSJ ilə 4 illik müqavilə imzalamağa
razılaşıb. Poqbanın “qırmızı şeytanlar”la müqaviləsi 2022-ci ilin
yayında başa çatacaq. Beləliklə, o, yay transfer pəncərəsində
pulsuz transferlə parislilərə qoşula biləcək.

Teqlər: