“Pomidor qripi” bu ölkədə sürətlə yayılır

“Pomidor qripi” bu ölkədə sürətlə yayılır

Hindistanda 82 uşaqda “pomidor qripi” aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Lancet” jurnalı məlumat yayıb.

Mütəxəssislər virusun 5 yaşdan kiçik uşaqlarda qeydə alındığı və çox asanlıqla yayılması barədə xəbərdarlıq ediblər.

Adını dəridə yaranan, qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.

Teqlər: