Polşaya S-300 raketləri düşüb – Rusiya MN

Polşaya S-300 raketləri düşüb – Rusiya MN

Mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş şəkillərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Rusiya MN qeyd edib ki, rus ordusu Ukrayna-Polşa sərhədi bölgəsində heç bir hədəfə zərbə endirməyib:

“Varşavanın Moskvanın iştirakı ilə bağlı bütün bəyanatları təxribatdır”.

Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Polşa raket zərbəsində Rusiyanı ittiham etsə də, Moskva bu ittihamları rədd edib.

Teqlər: