Polşalılar Ukrayna taxılını yerə töküb, sərhədi bağladı

Polşalılar Ukrayna taxılını yerə töküb, sərhədi bağladı

Polşalı fermerlər Ukrayna ilə keçid məntəqələrini bağlayıb.

AzerTimes AP-yə istinadən xəbər verir ki, onlar etiraz əlaməti olaraq yola Ukrayna taxılını səpələyib, təkərlər yandırıblar.

Fermerlər Ukrayna ərzaq məhsullarının idxalına və Avropa Birliyinin ekoloji siyasətinə qarşı ümummilli etiraz aksiyasını bərpa etdiklərini açıqlayıblar.

Polşa fermerləri öz traktorları ilə Qdansk, Krakov və digər şəhərlərdə gəzərək, etiraz əlaməti olaraq yüksək səslə siqnal veriblər. Onlar tələbləri yerinə yetirilənə qədər aksiyaların daha da kəskin xarakter daşıyacağını bildiriblər.

Digər yerlərdə magistral yolun girişlərini bağlayıblar.

Qeyd edək ki, oxşar aksiyalar Avropanın bir sıra iri şəhərlərində də keçirilib.

Teqlər: