Polşadan Medvedyevə: Narkotiklə alkoqolu qarışdırmayın!

Polşadan Medvedyevə: Narkotiklə alkoqolu qarışdırmayın!

Hörmətli cənab Medvedyev, alkoqol və narkotik maddələrin birləşməsinin çox təhlükəli olduğunu unutmayın. Xahiş edirəm, eyni ruhda davam edin.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Polşa ilə bağlı qalmaqallı açıqlamasına cavabında deyilir.

Daha sonra agentlik zarafatyana şəkildə diplomatiya ilə məşğul olduğunu açıqlayıb.

Qeyd edək ki, D.Medvedyev NATO-Rusiya müharibəsində Polşa və onun Baş naziri Mateuş Moravetskinin yer üzündən silinəcəyini açıqlamışdı.

Teqlər: