Polşada rus casusu ifşa edildi

Polşada rus casusu ifşa edildi

Polşada Rusiyanın xeyrinə casusluq etməkdə çübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Qdansk şəhərinin Dairə Prokurorluğu məlumat yayıb.

Prokurorluğun mətbuat katibi Qrajina Vavrinyukun sözlərinə görə, şübhəli martın 21 də saxlanılıb və dindirilmə zamanı Rusiyaya işlədiyini etiraf edib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Casusun kimliyi və hansı ölkə vətəndaşı olması açıqlanmır.

Teqlər: