Polşada hərbi zavodda partlayış olub – Ölən var

Xəbər - Orxan Nəbiyev – Trend:

Polşanın Skajisko-Kamenna şəhərində hərbi zavodda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.

Qeyd olunur ki, hadisə zavodun işçisi partlayıcı maddələri qablaşdırarkən baş verib. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.


Partlayışın baş verdiyi “Mesko” zavodunda Polşa ordusunda istifadə olunan silah-sursat və raketlər istehsal olunur.